-
- 11-03-2019, 13:38
- 1 040
“Azercell”in texniki nasazlığından sui istifadə olundu
“Azercell Telekom şirkətinin “Paycell” xidməti çərçivəsində baş vermiş texniki nasazlıqdan sui istifadə edən bəzi nömrələrin balansına yanlış vəsaitlərin əlavə edilməsi halları qeydə alınmışdır”.
News24.az-ın məlumatına görə, bu barədə “Azərcell Telekom” özünün facebook sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb. Şirkət bildirib ki, yanlış yükləmələr edilən nömrələrə balansdan çıxılma haqda məlumat təqdim edilərək səhvən yüklənən vəsaitlər həmin nömrələrin balansından silinib. “Azercell Telekom gələcəkdə bu kimi halların qarşısını almaq üçün lazımi tədbirlər görməklə yanaşı, abunəçilərə hər hansı bir xidmətin istifadə şərtlərinə diqqət yetirməyi tövsiyyə edir” deyə, açıqlamada bildirilib.