Bakıda kişi ilə qadını şantaj edən müğənnidən YENİ XƏBƏR
    • 4-01-2020, 12:47
    • 1 109

Bakıda kişi ilə qadını şantaj edən müğənnidən YENİ XƏBƏR

Bakıda şantaja görə həbs edilən müğənni Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci, yəni, hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən məhkum edilmiş Məmmədov Səfa Şəfa oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və cəzasının azaldılmasını xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü  ilə 1990-cı il təvəllüdlü Məmmədov Səfa 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli B.Yusifov və G.Qasımova qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişləri əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.