Zəlzələ Ermənistanı SİLKƏLƏDİ
    • 12-10-2024, 20:52
    • 2 524

Zəlzələ Ermənistanı SİLKƏLƏDİ


Oktyabrın 12-də yerli vaxtla saat 18:17-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi 2,1 bal gücündə zəlzələ qeydə alıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Zəlzələnin coğrafi koordinatları 39․89° şimal eni və 45,44° şərq uzunluğudur. Yeraltı təkanlar Cermuk şəhərindən 21 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşb. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.

Zəlzələ Vayots Dzor bölgəsinin Jermuk, Yeqqnadzro şəhərləri və Artabnuyk, Germon və Arates kəndlərində 2-3 bal gücündə hiss olunub.