-
- 13-10-2024, 09:49
- 640
"Buğda əvəzinə düyü yeyin"
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan strateji malların qıtlığından qaçmaq üçün əhalini buğda əvəzinə düyü yeməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
O, öz təklifini əsaslandıraraq deyib ki, Ermənistan ərzaq təhlükəsizliyinin keyfiyyətini yaxşılaşdırmalıdır, yeni reallığa uyğunlaşmalıdır və vahid strateji əmtəədən asılılığını dayandırmalıdır.
“Buğda strateji əmtəə ola bilər, amma nə vaxtsa biz düyüyə keçə və fiziki hazırlığımızı dəyişə bilərik, düyünü strateji əmtəə kimi qəbul edə bilərik”, - Qriqoryan bildirib.