Gərginlik artır: Ermənistan  Moskvaya getməkdən imtina etdi
    • 7-11-2023, 11:46
    • 220

Gərginlik artır: Ermənistan Moskvaya getməkdən imtina etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək. 

News24.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan “Armenpress”ə məlumat verib.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiyanın paytaxtında keçiriləcək növbəti iclasında iştirak etməyəcək. Federasiya, Moskva”, - deyə Tatevik Petrosyan bildirib.

Ayşən