İrəvandan Qriqoryan-Yermak görüşü ilə bağlı AÇIQLAMA
    • 3-11-2023, 13:55
    • 169

İrəvandan Qriqoryan-Yermak görüşü ilə bağlı AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna prezidentinin ofisinə rəhbərlik edən Andrey Yermak arasında Maltada baş tutan görüş anti-Rusiya xarakteri daşımayıb. 

News24.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirdiyi brifinqdə bildirib.

“Bu platforma Təhlükəsizlik Şurası katiblərinin platforması idi. Deməzdim ki, o Ukraynaya həsr olunub, daha geniş gündəliyi var idi. Bu görüşün gündəliyini nəzərə alsaq, belə bir qiymətləndirmə reallığa uyğun gəlmir”, - deyə o bildirib.

Akqabay