1325-ci ilin xəritəsində Azərbaycan adı - Foto
    • 14-10-2024, 07:04
    • 4 395

1325-ci ilin xəritəsində Azərbaycan adı - Foto


Tarixçi alim Zaur Əliyev 14-cü əsrə aid xəritədə Azərbaycan adının əks edildiyini təsdiqləyən xəritə yayımlayıb.

Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.

Alim bildirib ki, təqdim edilən xəritəni Məhəmməd əl-İdrisi Sisiliya kralı II Rocer üçün hazırlayıb:

“Bu xəritə 1619-cu ildə latın dilinə çevrilib, 1928-ci ildə Konrad Miller xəritəni ingilis dilinə tərcümə edib və bu günə qədər Konqresin kitabxanasında saxlanılır. Xəritənin orijinalı isə 1325-ci ildən etibarən Fransada qorunur. Hazırda Fransa Milli Kitabxanasındadır.

Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları açıq göstərilir. Bu xəritə “Azərbaycan adını Stalin yaradıb” deyənlərə növbəti cavabdır”.