-
- 26-10-2023, 15:42
- 1 130
Paşinyanın göstərdiyi xəritə Ermənistanı ÇALXALADI - FOTO
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən III Tiflis İpək Yolu Beynəlxalq Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tam əks etdirən xəritə təqdim edib.
News24.az xəbər verir ki, regional nəqliyyat dəhlizləri ilə bağlı Paşinyanın təqdim etdiyi xəritə Ermənistanda birmənalı qarşılanmayıb.
Digər diqqət çəkən məqam isə xəritədə Qarabağ ərazisində heç bir erməni yer adlarından istifadə edilməməsidir.
Qeyd edək ki, xəritədə kommunikasiya xətlərinin bərpası, Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında kommunikasiyaların inkişafı, Şimal-Cənub yolunun fəaliyyəti, Zəngəzur dəhlizi, digər yollar, dəmir yolları, boru kəmərləri, elektrik təmiri, tikintisi, naqillərin, kabellərin istismarı və s. kimi amillər qeyd olunub.
Nikol Paşinyan sözügedən forumda bir daha Ermənistanın Azərbaycan ərazisi bütövlüyünü tanıdığını bəyan edib. Paşinyan əlavə edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyasını həyata keçirmək barədə razılığa gəliblər.
Akqabay