Səid Əhmədov qətlə yetirildi
    • 14-10-2024, 16:06
    • 3 680

Səid Əhmədov qətlə yetirildi

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.