Bakıda DƏHŞƏT: Sübh tezdən 20 yaşlı oğlanı öldürdülər
    • 2-10-2024, 08:00
    • 185

Bakıda DƏHŞƏT: Sübh tezdən 20 yaşlı oğlanı öldürdülər


Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.