-
- 15-10-2024, 02:29
- 271
Barda hərbçilər arasında dava - ÖLƏN VƏ YARALANANLAR VAR
Tayvanın Pinqtunq şəhərində karaoke barda hərbçilər arasında baş verən kütləvi dava nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, istirahət zamanı sərxoş vəziyyətdə olan hərbi qulluqçulardan ibarət iki qrup arasında mübahisə yaranıb. Daha sonra davaya çevrilən mübahisə zamanı hərbçilərdən biri bıçaqla digərlərinə hücum edib.
Nəticədə 20 yaşlı dəniz piyadası aldığı xəsarətlərdən ölüb, daha üç nəfər isə yaralanıb.
Qətl və xəsarət yetirməkdə şübhəli bilinən 3 hərbçi saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Teymur Məmmədov