10 yaşlı uşağın idarə etdiyi velosiped avtobus ilə TOQQUŞDU - yaralılar var
    • 15-10-2024, 02:00
    • 274

10 yaşlı uşağın idarə etdiyi velosiped avtobus ilə TOQQUŞDU - yaralılar var

Adanada baş verən yol qəzası nəticəsində 11 nəfər yaralanıb, xoşbəxtlikdən həyatını itirən olmayıb.

News24.az xəbər verir ki, 10 yaşlı A.T. anası Hülya Takır və 9 nəfəri də götürərək 3 təkərli elektrikli velosipedi ilə yola düşüb.

A.T. elektrikli velosipedi ilə Güzelevler səmtində yan küçədən Levent küçəsinə çıxan zaman ehtiyatsızlıqdan Ramazan A.-nın idarə etdiyi mikroavtobus onu vurub.

Zərbənin təsirindən elektriklə işləyən velosipeddə olan 11 nəfər yola düşüb. Qəza anı mikroavtobusun təhlükəsizlik kamerasında saniyə-saniyə qeydə alınıb. 

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Onların müalicəsi xəstəxanada davam edərkən, sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Məryəm İlhamqızı