İstilik mövsümü bu tarixdən başlayır - Açıqlama
    • 14-10-2024, 11:33
    • 940

İstilik mövsümü bu tarixdən başlayır - Açıqlama

Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

Bu barədə News24.az-a “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlama verib:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydaları haqqında qərara əsasən 15 noyabr tarixində Azərbaycan Respublikasında istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır. Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır. Azəristilik ASC-də bu qərara əsasən balansında olan qazanxanaları da məhz bu tarixdə işə salır. Havanın temperaturu noyabrın 15-dən əvvəl 5 gün ardıcıl 8° aşağı olarsa ETNS-nin növbəti günlər üçün proqnozları da nəzərə alınmaqla qazanxanalar işə salına bilər”.

Ağa