-
- 14-10-2024, 20:04
- 451
Deportasiya edilən məşhur reperə həbs cəzası
Türkiyədən İrana deportasiya edilən rep musiqiçisi Əmir Hüseyn Maksudlu 10 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, İran məhkəməsinin sözçüsü Əsgər Cihangir səhnə adı "Amir Tataloo" olan müğənniyə verilən hökmü açıqlayıb.
Cihangir "Tataloo zina və əxlaqsız hərəkətlərinə görə 10 il həbs cəzası aldı" deyib.
Qeyd edək ki, İran hip-hop dünyasının ən rəngarəng simalarından sayılan 36 yaşlı Tataloo illərlə Türkiyədə yaşayıb və ötən ilin dekabrında İrana ekstradisiya(cinayətkarların təhvil verilməsi) edilib.
Tataloo may ayında dövlət əleyhinə təbliğat ittihamı ilə hakim qarşısına çıxıb. Bu ittihamlar həm də Tatalunun ölüm cəzasına məhkum edilməsinə şərait yaradıb.
Məryəm İlhamqızı