Güneyli milli fəala ağır həbs cəzası verildi
    • 25-12-2023, 17:13
    • 192

Güneyli milli fəala ağır həbs cəzası verildi

Güneyli milli fəala ağır həbs cəzası verilib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Əşkan Səadətmehr Urmiyanın "Şəhid Beheşti" Cəza Məhkəməsinin 108 saylı şöbəsi tərəfindən ümumilikdə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, dekabrın 13-də milli fəalın iştirakı olmadan keçirilən məhkəmə iclasında o, “müqəddəsləri təhqir etmək” ittihamı ilə 5 il, “kiberməkanda yalan məlumatlar yaymaq” ittihamı ilə isə 2 il müddətinə həbs cəzasına məhkum edilib.

Aynurə