Nərgizin həbs müddəti yenidən uzadıldı - SƏBƏB
    • 16-01-2024, 14:11
    • 233

Nərgizin həbs müddəti yenidən uzadıldı - SƏBƏB

Həbsdə olan iranlı hüquq müdafiəçisi, 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş Nərgiz Məhəmmədinin cəzası artırılıb. İslam İnqilab Məhkəməsi onu İran əleyhinə təbliğat aparmaqda ittiham edərək 15 ay həbs cəzasına məhkum edib.

News24.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Hüquq müdafiəçisinə cəzasını çəkdikdən sonra iki il müddətinə Tehranda və ya paytaxta bitişik əyalətlərdə yaşamaq, ölkəni tərk etmək, ictimai-siyasi qruplara üzv olmaq, mobil telefondan istifadə etmək qadağan olunacaq.

Məhəmmədi hazırda İranda hakim sistem əleyhinə təbliğat apardığına, hakimiyyətə böhtan atdığına və həbsxanada itaətsizlik etdiyinə görə Evin həbsxanasında 30 aylıq həbs cəzasını çəkir.

Hüquq müdafiəçisinin ailəsi yeni cəzanın dekabrın 19-da verildiyini bildirib və bunun Məhəmmədinin 2021-ci ildən bəri beşinci cəzası olduğunu vurğulayıb. Nərgiz məhkəmə iclaslarında iştirak etməkdən və dindirmələrdə iştirakdan imtina edib.

İran hakimiyyəti Nərgiz Məhəmmədini 13 dəfə həbs edib, beş dəfə günahkar bilib və ümumilikdə 31 il həbs və 154 şallaq zərbəsi cəzasına məhkum edib.

Nəzrin