Robot tozsoran DƏHŞƏT yaşatdı: Ev heyvanlarını qovaladı, söyüş söydü
    • 14-10-2024, 12:01
    • 882

Robot tozsoran DƏHŞƏT yaşatdı: Ev heyvanlarını qovaladı, söyüş söydü

Ağıllı ev texnologiyalarının təhlükəsizlik zəifliyi ABŞ-da baş verən hadisələrlə yenidən gündəmə gəlib. Ecovacs Deebot X2 Omni model robot tozsoranlar hakerlər tərəfindən ələ keçirilib.

News24.az ABC News-a istinadən xəbər verir ki, Ecovacs Deebot X2 robot tozsoran ABŞ-ın bir çox ştatlarında sındırılıb (haklənib). Hakerlər ev heyvanlarına hücum etmək və onların sahiblərini söymək üçün bu robotların kameralarından, dinamiklərindən və uzaqdan idarəetmə sistemlərindən istifadə ediblər.

Robot tozsoranı sındırılan ABŞ-lı vəkil Daniel Svenson bildirib ki, televizora baxarkən tozsoran qəfil işə başlayıb və onun dinamiklərindən qəribə səslər eşidilib.

Tozsoranının sındırıldığını anlayanda parolunu sıfırladığını bildirən Svenson, qısa müddətdən sonra robot tozsoranın yenidən hərəkətə keçdiyini və dinamiki vasitəsilə irqçi təhqirlər səsləndirməyə başladığını bildirib.

Günel Məlikzadə