Robot itlər istifadəyə verildi
    • 12-08-2022, 18:03
    • 365

Robot itlər istifadəyə verildi

ABŞ Müdafiə Nazirliyi Kosmik Qüvvələrinin “Cape canaveral” bazasında robot itlərdən əraziyə nəzarət üçün istifadə etdiyini açıqlayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, robot itlərin çəkisi təxminən 50 kiloqramdır. Göz və qulaq funksiyasının istifadəsi üçün onlar sensorlarla təchiz olunub.

Robot itlər 2020-ci ildə ABŞ-nin hava qüvvələri tərəfindən məlumat mübadiləsi şəbəkəsinin testi zamanı da istifadə edilib.

Vüsalə Babaşova