-
- 14-10-2024, 23:05
- 372
Dünya xalqlarının ən qəribə 6 ritualı
Hər mədəniyyətin öz ənənələri var, lakin bəziləri dünyanın qalan hissəsi üçün olduqca qəribə görünə bilər. Braziliyadan Hindistana qədər bir çox cəmiyyətlərdə ölüm və həyatla bağlı rituallar təəccüblü və qeyri-adi detallarla doludur.
News24.az Lent.az-a istinadla dünyanın ən maraqlı 6 ənənəsi barədə maraqlı məlumatları təqdim edir.
İndoneziyada yaşayan Tidonq icmasında evlənmək üzrə olan cütlüklər qalın pərdə ilə ayrılaraq yan-yana otururlar. Mərasim zamanı bəy gözəl sevgi mahnıları oxumayınca gəlinin üzünü görə bilməz. Gözəl sevgi nəğmələri oxunduqdan sonra pərdə açılır və ritualın son hissəsi kimi evli cütlüklərə üç gün çimmək qadağan edilir.
Baliem vadisində yaşayan Dani qəbiləsinin üzvləri vəfat etmiş qohumlarının dəfn mərasimləri zamanı yaşadıqları ağrının ifadəsi olaraq barmaqlarını kəsiblər. Bu həm də onların vəfat etmiş yaxınlarına olan sevgisini göstərir.
Hindistanda dekabr ayında keçirilən mərasimdə körpələr valideynləri tərəfindən müqəddəs məbədin zirvəsindən aşağı atılır. Bolluq və firavanlıq gətirdiyi güman edilən bu mərasimdə ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü deyilsə də ölüm və yaralanma faktları da olur.
Madaqaskarda insanlar ölən ailə üzvlərinin cəsədlərini çıxarır, onlara yeni paltar geyindirir və rəqs edirlər. Bu dəhşətli ənənə yeddi ildən bir təkrarlanır.
Venesuela və Braziliya sərhədləri daxilində yaşayan Yanomami qəbiləsi əvvəlcə onların ölülərini yandırır, sonra isə bu ölülərin külünü şorbaya tökürlər. Yanomami hesab edir ki, onlar bu şorbanı içəndə ölülərinin ruhu bədənlərinə keçir.
Amazon tropik meşələrində yaşayan Satere-Mave qəbiləsində çox ağrılı bir ənənə qorunur. Oğlanların yetkinliyə keçid mərasimi olan bu ritualda gənclər bir neçə nəfərin müşayiəti ilə meşənin dərinliklərinə aparılır, əlləri güclü zəhəri olan qarışqalarla dolu əlcəkə salınır. Dünyanın ən təhlükəli qarışqa növü olan güllə qarışqalarının dişləməsi çox təhlükəli nəticələr verə bilər, lakin bu ritualı yerinə yetirməyənlər yetkin erkək sayılmır.