İndoneziyada dəhşətli adət — Ölüləri qəbirdən çıxarıb geyindirirlər -FOTOLAR
    • 28-08-2018, 15:16
    • 2 057

İndoneziyada dəhşətli adət — Ölüləri qəbirdən çıxarıb geyindirirlər -FOTOLAR

Dünya xalqlarının bəzilərində mövcud olan ənənələr bizim üçün ağlasığımaz hesab oluna bilən qəbildəndir. News24.az-ın məlumatına görə,

İndoneziyanın Sulavesi adasında yaşayan Toraja qəbiləsinin yas mərasimi bizlər üçün heyrətamiz hesab oluna bilər. Məsələ bundadır ki,onlar  hər il ölülərini şərəfləndirmək məqsədi ilə qəbirdən çıxarırlar, qəbirlərdən çıxarılan meyitlərə gözəl paltarlar geyindirilir, gəzdirilir və fotolar çəkilir.

Maraqlıdır ki, bu qəbilədə ölüm faciə sayılmır. Ölüsünü dəfn etdirmyə imkanı olmayan ailələr ölünü  illərlə yaşadıqları evdə saxlaya bilirlər. Bunun üçün mumiya etməyi bacaran şəxslər dəvət olunur. Ölü mumiyalanır və evin bir güncündə saxlanılır. Evdə yeyilən bütün yeməklərdən ölünün də qarşısına bir qabda pay ayrılır. Ən yaxşı yas mərasimi ən çox əyləncə qurulan mərasim hesab olunur. Onlar yas mərasimlərində gülür, əylənir, qəhqələr atır, musiqiçilər çağırırlar. Yas mərasimlərində ən az 50 camışın kəsilib qonaqlıq verilməsi şərtdir. Məhz buna görə,yas təşkil edə bilməyənlər, ölünü evdə saxlayır. Camışların pulu toplandıqdan sonra ölüm faktının üstündən illər keçsə  belə mərasim təşkil edirlər. Qısası bu  qəbilənin insanları ölmək üçün yaşayırlar.

İlhamə