-
- 14-10-2024, 16:16
- 870
Bu uşaqların valideynləri CƏRİMƏ OLUNACAQ - MƏBLƏĞ
Bir çox ölkələr kvadrober (uşaqlar heyvan kimi geyinib onların vərdişlərini təqlid etməsi) mədəniyyətinin yayılmasına qarşı mübarizə başlayıb.
News24.az REN TV-yə istinadən xəbər verir ki, belə ölkələrdən biri də Özbəkistandır. Burada uşaqların bu cür əyləncələrlə məşğul olacağı halda valideynlər cəzalandırılıacaq.
Özbəkistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə davranış ictimai yerlərdə davranış qaydalarının pozulmasıdır.
Əgər uşaq kvadroberinq ilə məşğul olarsa, valideyn təxminən 266 AZN cərimə ödəyəcək və uşağın təhsil öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndiriləcək.
Artıq iki uşağın valideynlərinə töhmət verilib. Onlardan biri özünü itə bənzədərək yoldan keçənlərə hücum edib.
Teymur Məmmədov