Kerçdə kollecdə atəş açanın valideynləri cərimə olunacaq -Məbləğ gülüncdür
    • 18-10-2018, 19:10
    • 910

Kerçdə kollecdə atəş açanın valideynləri cərimə olunacaq -Məbləğ gülüncdür

Kerç Politexnik Kollecində partlayış törətməkdə və atəş açmaqda şübhəli bilinən Vladislav Roslyakovun valideynləri cərimə olunacaqlar.
 
 Polis artıq "valideyn vəzifələrinin düzgün yerinə yetirilməməsi" üzrə inzibati xəta haqqında protokolu rəsmiləşdirib. Cəzanın məbləği 500 rubl (təxminən, 8 ABŞ dollar) olacaq.
 
Məlumata görə, protokol dəfn mərasimindən sonra təqdim ediləcək.
 
Xatırladaq ki, oktyabrın 17-də Kerç Politexnik Kollecində partlayış və atışma baş verib. Nəticədə 21 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Şübhəli Vladislav Roslyakov intihar edib.