-
- 14-10-2024, 16:49
- 603
İran Prezidenti Şahin Mustafayevi qəbul etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
M.Pezeşkian bildirib ki, o, İran və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcək istənilən layihə və fəaliyyətləri alqışlayır:
“Biz iki ölkə arasında dəmir yolu və avtomobil marşrutlarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik”.