-
- 5-10-2024, 13:30
- 228
Pezeşkian özünə müavin təyin etdi
İran Prezidenti Məsud Pezeşkian Əli Rəbiini özünün sosial məsələlər üzrə müavini təyin edib.
News24.az APA-ya istinadən bildirir ki, bu barədə "İrna" məlumat yayıb.
"Rabii prezident üçün "səssizlərin səsi" olmalıdır" - deyə, Pezeşkian şənbə günü verdiyi fərmanında vurğulayıb.
Qeyd edək ki, Rabii bundan əvvəl 2019-2021-ci illərdə İran hökumətinin sözçüsü, 2013-2018-ci illərdə İranın kooparativlər əmək və sosial təminat naziri vəzifələrində çalışıb. O, eyni zamanda Tehran Universitetinin professorudur.