Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar
    • 14-10-2024, 20:58
    • 765

Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar


Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən restoranlardan birində maraqlı hadisə yaşanıb.

News24.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, dörd nəfərdən ibarət qrup 500 manatlıq hesabı ödəmədən restorandan çıxıb. Hadisə barədə bəzi kadrlar restoranın təhlükəsizlik kameralarına düşüb.

Məlumata görə, həmin şəxslər yalnız hesabı ödəməməklə kifayətlənməyiblar, həmçinin ofisiant vasitəsilə 80 manatlıq spirtli içki də aldırıblar.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.