-
- 28-04-2022, 15:45
- 487
Azərbaycanda restoranda yeyib içən dostlar qaçdı, aşpaz tutub bıçaqladı – TƏFƏRRÜAT
Ötən ilin fevral ayında Şamaxı rayonunun Mirikənd kəndində yerləşn restoranlardan birində yeyib-içən 2 nəfərin hesabı ödəmədən qaçması qanlı hadisəyə səbəb olub.
News24.az-ın məlumatına görə, fevralın 25-də Bakı-Şamaxı-Yevlax magistralının 140-cü kilometrliyində - Mirikənddə yerləşən “Anar” restoranına gələn Ceyhun və Çingiz adlı şəxslər orada piti, xaş və hinduşka kababı ilə 1 litr araq içiblər. Daha sonra dostlar hesabı ödəmədən restorandan uzaqlaşmaq qərarına gəliblər. Əvvəlcə Ceyhun yeriyərək, daha sonra isə Çingiz qaçaraq restorandan çıxıblar və magistral yolun kənarına gəliblər. Bu zaman restoranın aşpazı Kamran Niftəliyev və Tərlan adlı ofisiant onları təqib edərək Çingizi “Sevinc” restorannın qarşısında yaxalayıblar. Bu zaman Çingiz üzərindəki turist bıçağı ilə Kamranı vurmaq istəsə də özü bud nahiyəsindən xəsarət alıb. Hadisə yerindən qaçmaq istəyən Ceyhun isə dostunun yıxıldığını və budundan qan axdığını görərək geri qayıdıb. O, Çengizin bıçağı ilə restoranın aşpazı Kamrana hücum edərək ona bir neçə dəfə zərbə endirib. Ağır xəsarət alan Kamran Niftəliyev xəstəxanaya aparılıb.
Faktla bağlı Şamaxı rayon Polis İdarəsində 1994-cü il təvəllüdlü Ceyhun İsmayılov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Kamran Ceyhunla barışdığını deyib və ona yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Ceyhun İsmayılov 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.