-
- 15-10-2024, 07:04
- 734
Ramzan Kadırov Rusiya bayrağından imtina edən şəxsə görün nə etdi
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov rusiyalı Dmitri Bivol ilə yarımağır çəkidə mütləq dünya çempionu uğrunda döyüşdə qalib gələn Rusiya əsilli Artur Beterbiyevə emosional müraciət ünvanlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "sports.kz" nəşri məlumat yayıb.
Bununla Kadırov Rusiya bayrağından imtina edən mütləq dünya çempionunun bəyanatına münasibət bildirib.
"Nəticədə o, boksda çətin yolundakı məqsədinə nail olub. Hər bir peşəkarın müqəddəs arzusuna yetişməsi üçün o, 21 döyüş keçirib, 20-də vaxtından əvvəl qalib gəlib. Sadəcə, unikal, fenomenal və heyranedici nəticədir!
Artur üçün rinqdə heç bir maneələr olmayıb və bu gün də yoxdur. Onu üçün rəqibinin statistikası və göstəriciləri qətiyyən maraqlı deyil. Əgər rəqibi onunla görüşədək bir dəfə də olsun məğlub olmayıbsa, bu uğurlu zolaq dönmədən Arturla görüşdə sona yetib.
Mən respublikamızın bütün sakinləri kimi çox xoşbəxtəm. Sən bu titula çox layiqsən. Əgər "mütləq dünya çempionu" adı üçün dörd deyil, on dörd kəmər götürmək lazım gəlsəydi, heç şübhəsiz, sən bu məqsədə də yetişəcəkdin", - Kadırov sosial şəbəkədə bəyan edib və döyüşün videosunu paylaşıb.
Xatırladaq ki, Artur Beterbiyev əslən Rusiyadandır, lakin son döyüşlərini Kanada bayrağı altında keçirib. Dmitri Bivolla döyüş yayımlanan zaman o, Kanadadan olan döyüşçü kimi təqdim edilib.