-
- 15-10-2024, 16:30
- 882
Bütün uçuşlar DAYANDIRILDI - Son dəqiqə!
İran Hava Daşıyıcıları Assosiasiyası, Avropa İttifaqının tətbiq etdiyi son sanksiyalardan sonra Avropa ölkələrinə uçuşları dayandırıb.
News24 TASS-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın direktoru Maksud Əsədi Samani bildirib.
"Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət Iran Air idi və Aİ-nin Iran Air-ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq", - Samani izah edib.
Xatırladaq ki, ötən gün Aİ İranın Rusiyaya dəstək verdiyi iddiasına görə 7 şəxs və 7 şirkətə qarşı sanksiya tətbiq edib. Aİ Şurasının bəyanatında deyilib ki, bu vətəndaşlar və təşkilatlar guya Rusiya Federasiyasına pilotsuz təyyarələrin və raketlərin ötürülməsinə kömək ediblər.
Sanksiyalar arasında İranın “İran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, həmçinin İran Müdafiə Nazirliyinin rəis müavini Seyid Qələndəri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri də var.
Məryəm İlhamqızı