"Çin rekord sayda döyüş təyyarəsi istifadə edib"
    • 15-10-2024, 19:25
    • 667

"Çin rekord sayda döyüş təyyarəsi istifadə edib"

Tayvan lideri Lai Çinq-te çıxış edərək "Tayvanın suverenliyinin ada xalqına aid olduğunu" bəyan edib.

News24.az xəbər verir ki, Çinq-tenin çıxışından sonra Tayvanı Çin qorxutdu və Çin Tayvan adasını əhatə edən genişmiqyaslı hərbi təlimə başladı.

Çin tərəfi təlimin uğurla başa çatdığını açıqlasa da, Tayvan tərəfi Çinin rekord sayda hərbi təyyarə istifadə etdiyini açıqlayıb.

Tayvan rəhbərliyindən bu gün verilən açıqlamada, "Çin Tayvan ətrafındakı döyüş təlimlərində rekord sayda 153 hərbi təyyarə istifadə edib və xəbərdarlıq edilmədən həyata keçirilən bu cür təlimlər bütün bölgə üçün təhlükə yaradır" deyildi.

Günel Məlikzadə