Oskar-ı kim təqdim edəcək?
    • Dünən, 20:56
    • 452

Oskar-ı kim təqdim edəcək?

Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən 1929-cu ildən bəri verilən Oskar mükafatlarını gələn il kimin təqdim edəcəyi maraq mövzusu olaraq qalır.

News24.az xəbər verir ki, iddialara görə, Rayan Reynolds və Hyu Cekman gələn il Oskar təqdim edə bilərlər.

Deadline-a görə, martın 2-də keçiriləcək Oskar mükafatı üçün bir çox adlar nəzərdən keçirilir. Bu adlar arasında Will Ferrell, Amy Poehler və Dwayne Johnson var, lakin Reynolds və Jackman siyahıya başçılıq edir.

Qeyd edək ki, Hugh Jackman 2019-cu ildə Oskar mükafatlandırma mərasiminin aparıcısı olub.

Eyni zamanda, daha əvvəl 4 dəfə mükafatlandırma mərasimində aparıcılıq edən Cimmi Kimmel gələn il aparıcılıq etməyəcəyini bildirib.

Digər tərəfdən komediya ustası və aktyor Con Mulaninin aparıcılıq təklifini rədd etdiyi iddia edilib. Will Smith aparıcılıq edərkən ona sillə vurduqdan sonra uzun müddət gündəmdə qalan Kris Roka da təklif edildiyi bildirilib. Ancaq Rokun qəbul etməyəcəyi düşünülür.

Günel Məlikzadə