"Oskar" aldı, arvadı ilə bağlı zarafat edən aparıcını vurdu - VİDEO
    • 28-03-2022, 09:42
    • 894

"Oskar" aldı, arvadı ilə bağlı zarafat edən aparıcını vurdu - VİDEO

ABŞ-ın Los-Anceles şəhərində kino sahəsinin əsas mükafatı olan “Oskar”ın 94-cü mükafatlandırma mərasimi keçirilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə məşhur aktyor Uill Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.

Mükafatlandırma mərasimində gözlənilməz hadisə baş verib. 

Mərasimin aparıcısı aktyor  Kris Rok Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitinqısa saçları ilə bağlı zarafat edib. 

O, aktyorun həyat yoldaşını aktrisa Demi Murun rol aldığı və başını keçəl qırxdırdığı əsgər Ceyn obrazı ilə müqayisə edib: "Səni sevirəm Ceyd. Səni "Əsgər Ceyn 2" filmində görməyə səbirsizlənirəm".

Bu zaman Uill Smit səhnəyə qalxıb və Rokun üzünə sillə vurub.

Aktyorun aparıcı haqda dediyi sözlər zamanı efirin səsi kəsilib.