-
- 15-10-2024, 05:27
- 116
Bütün orqanları yerini dəyişdirdi: Dünyada ilk dəfə ...
Türkiyədə ilk dəfə aşkarlanan nadir xəstəlik bütün dünyada maraq doğurub.
News24.az Ölkə.Az-a istinadla xəbər veir ki, Giresun rayonunda aşkarlanan bu xəstəlik bütün orqanların yerini dəyişdirməsi nəticəsində yaranan sirrozdur.
Giresun Təhsil və Araşdırma Xəstəxanasının Qastroenterologiya şöbəsinin müdiri Prof. Dr. Ahmet Cumhur Dülger açıqlamasında dünyada daha əvvəl bu xəstəliyin təsvir edilmədiyini bildirib:
“Dünyada ilk dəfə olaraq bütün orqanları güzgü effekti ilə tərsinə çevrilmiş xəstədə ürək çatışmazlığına bağlı sirroz aşkarladıq. Bu hadisəni milli və beynəlxalq konqreslərdə hakimlərin təsdiqi ilə tibbi ədəbiyyata daxil etdik və “Giresun sindromu”adını verdik.
A.C.Dülger deyib ki, orqanların yer dəyişdirməsi nadir hallarda baş versə də, bütün orqanların yerini dəyidirməsi və nəticədə sirroz yaranması ilk dəfə olub.
"Bu xəstələr normal iş qabiliyyəti ilə işləyə bilmir, yeriyə bilmir, ömürləri qısalır. Qaraciyər funksiyalarının pisləşməsi zaman keçdikcə özünü daha qabarıq göstərir və müvafiq müalicə aparılmasa, xəstəlik həyat üçün təhlükəli həddə çata bilər. 10-12 sirrozdan sonra xəstələrə qaraciyər transplantasiyası lazımdır”.
Türkiyəli mütəxəssis nadir xəstəliyin əlamətlərindən də söz açıb:
“Xəstə qaraciyər sirrozu əlamətləri ilə bizə müraciət edib. Ən əhəmiyyətli simptomlar nəfəs darlığı, qarında maye yığılması və halsızlıqdır.
Nadir xəstəliklər var, amma bu, nadir deyil, ilk dəfədir. Klinik həyatımda ilk dəfədir ki, müşahidə edirəm”.