Bakıda qeyri-adi cərrahiyyə əməliyyatı - Daxili orqanları tərsinə yerləşirmiş
    • 5-08-2019, 12:11
    • 1 076

Bakıda qeyri-adi cərrahiyyə əməliyyatı - Daxili orqanları tərsinə yerləşirmiş

Bakıda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub. 

News24.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 62 yaşlı qadın 3-4 gün epiqastrik bölgədə ağrı şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.  

Müayinələr zamanı xəstənin anamnezində Situs inverus anomaliyası-döş və qarın boşluğundakı daxili orqanların bədənin qarşı tərəfində olması halı müşahidə olunub. Yəni normalda sağda olmalı orqanlar solda, soldakılar sağda yerləşib. 
Qaraciyər sol tərəfdə yerləşdiyi üçün öd kisəsinin iltihab prosesi klinik müayinə əlamətləri də sol tərəfdə olub. Əməliyyatı icra edən həkim əməliyyatın uğurla başa çatdığını deyib. Xəstə artıq evə yola salınıb. 

e-tibb.az-ın xəbərinə görə, əməliyyat MNX-nin Cərrahiyyə və orqan transplantasiya şöbəsinin müdiri, uzman həkim Elmir Əsgərov tərəfindən icra olunub. E. Əsgərov sosial şəbəkədə situs inversus anomaliyası olan xəstədə kəskin xolesistit səbəbi ilə icra etdiyi laparoskopik xolesitektomiya əməliyyatının görüntülərini paylaşıb. 

Həkim bildirib ki, situs inversus əsas daxili orqanların normal mövqelərindən tərsinə və ya əks olunduğu yer dəyişdiyi bir vəziyyətdir. Daxili orqanların normal təşkili situs solitus kimi tanınır, situs inversus isə ümumiyyətlə, situs solitusun güzgü təsviridir. Yəni ürəyin solda deyil, sağda yerləşməsi, qaraciyərin sağda deyil, solda yerləşməsi bu vəziyyətlərdən biridir.