Hemofiliya evdə müalicə edilə bilər
    • 1-03-2024, 13:09
    • 681

Hemofiliya evdə müalicə edilə bilər

İstanbul Universitetinin (İU) rektoru və Türkiyə Hemofiliya Dərnəyinin İdarə Heyətinin sədri Prof. Dr. Bülənt Zülfikar xəstələrin nadir xəstəliklərdən olan hemofiliya xəstəliyinin müalicəsi üçün artıq xəstəxanaya getməsinə ehtiyac qalmadığını, evdə istifadə olunacaq dərmanlarla normal həyatlarına davam edə biləcəklərini bildirib.

News24.az xəbər verir ki, Prof. Dr. Zülfikar nadir xəstəliklər, hemofiliya və onların müalicəsində əldə olunan irəliləyişlərdən danışıb.

Dünyada hər 2 min insandan birində və ya daha azında görülən xəstəliklərin “nadir xəstəliklər” adlandırıldığını qeyd edən Zülfikar, nadir xəstəliklərin əmələ gəlməsinin arxasında genetik səbəblərin olduğunu və bu vəziyyətin bəzən xəstəlik, bəzən də ortopedik olaraq ortaya çıxdığını bildirib.

Günel Məlikzadə