-
- 16-10-2024, 07:37
- 848
Neft emalı zavodunda GÜCLÜ YANĞIN: Çox sayda yaralı var
Venesuelanın PDVSA şirkətinin Zulia əyalətindəki La Salina neft emalı zavodunda ən azı 18 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə “El pitazo” məlumat yayıb.
“Neft obyektində yanğını söndürməyə çalışarkən azı 18 nəfər yanıq xəsarəti alıb”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, neft emalı zavodunda ildırım vuran 75 min barellik neft çəni yanır.