Neft emalı zavodunda yanğın baş verdi
    • 13-06-2024, 11:48
    • 134

Neft emalı zavodunda yanğın baş verdi

İraqın şimalındakı Ərbil vilayətində neft emalı zavodunun anbarında güclü yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın iyunun 12-də axşam saatlarında neft emalı zavodunun asfalt anbarında başlayıb.

Hadisənin şahidləri ən azı bir nəfərin yaralandığını iddia edirlər. Ölənlər barədə rəsmi məlumat verilməyib.

Yanğın söndürülməyib, ona yaxın yanğınsöndürmə briqadası onu söndürməyə çalışır. Yanğının səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır

Mehriban Mirzəzadə