Ana qızını öldürtmək istədi - Görün nə baş verdi
    • 16-10-2024, 07:43
    • 900

Ana qızını öldürtmək istədi - Görün nə baş verdi

Hindistanın Uttar-Pradeş ştatında yaşayan 42 yaşlı Alka Devi 17 yaşlı qızını öldürmək üçün qatil kirayələyib. 

News24.az xəbər verir ki, ana Alka Devinin ölümündən sonra maraqlı hadisə ortaya çıxıb.

Belə ki, Devinin qızı əvvəllər 10 il həbs yatmış Sübhaşla görüşməyə başlayıb. Devi bu vəziyyətdən çox narahat olub və çarəni qızını öldürməklə tapıb. Devi cinayəti törətmək üçün Subhaşa 50 min rupi təklif edib.

Sübhaş Devinin qızına həqiqəti deyəndə, onu anasının qazdığı quyuya salmaq üçün plan qurublar. Birlikdə Devini aldatmaq üçün qətl fotosu hazırlayıb və səhnələşdiriblər. Lakin Devi vəd etdiyi pulu verməyəndə Subhaş Devinin qızı ilə qadını boğaraq öldürüb.

Alkanın cəsədi Uttar Pradeş ştatının Etah rayonunda darı tarlasında tapılıb. Hadisə Alkanın əri Ramakantın həyat yoldaşının itkin düşdüyünü bildirməsi ilə üzə çıxıb. Polisin araşdırması nəticəsində həm Alkanın qızı, həm də Sübhaş həbs edilib.

Günel Məlikzadə