DƏHŞƏTLİ QƏTL: 10 yaşlı qızını kəndirlə boğaraq öldürüb, intihar etdi
    • 20-08-2024, 12:46
    • 243

DƏHŞƏTLİ QƏTL: 10 yaşlı qızını kəndirlə boğaraq öldürüb, intihar etdi

Səhər xəbər verdiyimiz kimi, Manisanın Akhisar rayonunda ata və 10 yaşlı qızı evdə ölü tapılıb. Yaşayış binasının 3-cü mərtəbəsində yaşayan 49 yaşlı Ömür Ö-dən xəbər ala bilməyən qohumları mənzilə gəliblər.

Yaxınları evə girib, ata və 10 yaşlı qızın hərəkətsiz olduğunu görüblər.

News24.az NTV-yə istinadən bildirir ki, hadisənin təfərrüfatları ortaya çıxıb.

Mənzilə gələn polislər Ömür Ö-nün 10 yaşlı qızı A.Ö.-nü kəndirlə boğaraq öldürdüyünü müəyyən ediblər.

Ölən ata və qızın cəsədləri İzmir Ədli Tibb Qurumuna göndərilib.

Ata Ömür Ö. tərəfindən yazıldığı ortaya çıxan 2 məktub olsa da, hadisə ilə bağlı başladılan istintaq davam edir.

Günel Məlikzadə