Makronun ayırdığı pullar Ukraynada kişilərin oğurlanmasına xərclənir
    • 16-10-2024, 07:45
    • 635

Makronun ayırdığı pullar Ukraynada kişilərin oğurlanmasına xərclənir

Fransa və Avropa İttifaqının maliyyə yardımı ukraynalı kişilərin oğurlanması və cəbhəyə göndərilməsi üçün istifadə olunur.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransanın “Vətənpərvərlər Partiyası”nın lideri Florian Filippot deyib. 

Eyni zamanda o, “X” sosial şəbəkəsində Lvovda uniformalı şəxslərin kişini maşına sürüklədiyi, anasının isə onlara mane olmağa çalışdığı video yayımlayıb.

“Makron bunun üçün daha 3 milyard avro ayırdı! Fon der Leyenin daha 35 milyard avro ayıracağı məsələ budur! Zelenski və NATO əsgərləri tərəfindən cəbhəyə gedib ölməsi üçün vəhşicəsinə qaçırılan daha bir gənc...” - , deyə Filippo yazıb. 

Eyni zamanda “Politico”nun məlumatına görə, Fransa büdcə kəsiri səbəbindən Ukrayna ilə bağlı xərcləri azaldacaq.

Teymur Məmmədov