-
- 17-02-2024, 10:56
- 182
Makron və Zelenski saziş imzaladı
Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Parisdə keçirilən görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
News24.az xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb.
“Bir daha vurğulamaq istərdim ki, Fransa uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam edəcək. Bu, Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq, imzaladığımız onillik sazişin məqsədidir”, - Emmanuel Makron bildirib.
Müqavilə çərçivəsində Paris Ukraynaya 3,24 milyard avro (2023-cü ildə 2,1 milyard avro və 2022-ci ildə 1,7 milyard avrodan sonra) əlavə hərbi yardım verəcək, həmçinin Kiyevə silah göndərəcək və əsgər və zabitlərin təlimində iştirak edəcək.
Fransa prezidenti vurğulayıb ki, sazişin məqsədlərindən biri Ukrayna ordusunu NATO ilə daha uyğunlaşdırmaq və Ukraynanı öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə davam edə bilməsi üçün ona lazım olan hər şeyi təmin etməkdir.
Mehriban Mirzəzadə