Bomba təhlükəsi: Təyyarə təcili eniş etdi
    • 16-10-2024, 11:13
    • 617

Bomba təhlükəsi: Təyyarə təcili eniş etdi

Hindistanın “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-a uçuşu zamanı internetdə edilən “bomba təhlükəsi” səbəbindən Kanadanın İqaluit şəhərində təcili eniş edib.

News24.az “Air India”-ya istinadla xəbər verir ki, “AI127” nömrəli reys Hindistanın paytaxtı Yeni Dehlidən ABŞ-nin Çikaqo şəhərinə getmək üçün havaya qalxıb. 

Uçuş əsnasında internetdə yayılan bomba təhlükəsi səbəbindən təhlükəsizlik tədbirləri çərçivəsində təyyarə Kanadanın İqaluit şəhərinə yönləndirilib və təcili eniş edib.

Açıqlamada bildirilib ki, son günlər təkcə Air India deyil, Hindistanda yerləşən digər hava yolu şirkətləri də oxşar təhdidlərlə üzləşib. Bildirilib ki, araşdırmalar nəticəsində bu hədələrin saxta olduğu üzə çıxıb.

Kanada Kral Atlı Polisi (RCMP) ekipajla birlikdə təyyarədə ümumilikdə 211 nəfərin olduğunu açıqlayıb və hadisə ilə bağlı araşdırma başladılıb.

Məryəm İlhamqızı