Təyyarədə bomba təhlükəsi
    • 13-04-2024, 09:30
    • 238

Təyyarədə bomba təhlükəsi

THY Mətbuat Müşavirliyindən verilən məlumata görə, İstanbul reysi üçün axşam saatlarında Varşava Hava Limanından 150 sərnişini olan TK 1766 nömrəli uçuş həyata keçirilib.

News24.az xəbər verir ki, bomba təhlükəsi alan təyyarənin komandiri Rumıniyanın Buxarest Hava Limanının Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və eniş üçün icazə istəyib.

THY-nin təyyarəsi heç bir problem olmadan Buxarest hava limanına eniş edib.

Təyyarədə olan sərnişinlər təxliyyə edilərkən, Rumıniya polisi təyyarənin salonunda və yük hissələrində ətraflı axtarışa başlayıb.

Müayinə zamanı xəbərin əsassız olduğu məlum olub.

Günel Məlikzadə