Təyyarə təcili eniş etdi - ƏTRAFLI
    • 16-08-2024, 18:46
    • 222

Təyyarə təcili eniş etdi - ƏTRAFLI

Şırnak-İstanbul Sabiha Gökçen reysini həyata keçirən AJet Hava Yollarına məxsus sərnişin təyyarəsi təcili eniş edib. 

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, AJet Hava Yollarının VF-3277 saylı reysi İstanbul Sabiha Gökçen hava limanına uçmaq üçün Şırnakdan havaya qalxıb.

Təyyarə havaya qalxdıqdan bir müddət sonra qəfildən 5 yaşlı uşağın səhhətində problem yaranıb. İlk müdaxilə zamanı uşağın epilepsiya tutması olduğu anlaşılıb.

Pilot daha sonra Kayseri Hava Limanının Hava Trafik nəzarətçisi ilə əlaqə saxlayıb və həkim briqadası tələb edib və təyyarə təcili eniş etmək üçün icazə istəyib.

AJet təyyarəsi problemsiz Kayseri hava limanına enərkən epilepsiya tutması keçirən 5 yaşlı uşaq təcili yardımla xəstəxanaya aparılıb.

Məryəm İlhamqızı