-
- 16-10-2024, 19:47
- 927
"Qardaşımdan çox qorxurdum, məni DÖYÜRDÜ" - VİDEO
"Bəzən valideynlər övladlarını çox sıxır. Elə buna görə də övladlar sonradan çox əziyyət çəkirlər. Məni uşaq vaxtı çox sıxıblar. Mən çox travma ilə böyümüşəm. Mənim bir qardaşım var. O məndən yaşca böyükdür. Qardaşımdan uşaq vaxtı çox qorxurdum. Çünki o məni çox pis döyürdü. Bir hərəkət edə bilmirdim. Məni qorxu ilə böyüdüblər".
News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Nigar xanım" verilişində deyib.
Sənətçi ailəsində yaşadığı acı xatirələrini bölüşüb. Fətəliyeva bildirib ki, qardaşı tərəfindən tez-tez döyülüb:
"Elə oldu ki, 19 yaşımda qardaşım xarici ölkəyə köçdü və orada yaşadı. Bu günə qədər də o travmaları yada salanda mən acı çəkirəm. Bu günə kimi də mən qardaş-bacı acısı çəkirəm. İstərdim ki, yanımda güclü bir qardaş olsun (ağlayır). Baxmayaraq ki, övladlarım arasında ana bir ata ayrıdır uşaqlarım çox mehribandırlar. Onların arasında 16 yaş fərq var. Qızımın 29, oğlumun isə 13 yaşı var. Onlar bir birinə çox hörmət və gözəl dostluq edirlər. Çox ailələr var ki, övladlar arasında ayrı-seçkilik edirlər. Məni ailədə istəyiblər. 18 yaşıma kimi nə istəmişəm o da olub. 4-cü mikrayon ərazisində böyümüşəm. Mən həyətə çıxanda və ya məktəbə gedəndə qonşular deyirdilər ki, görəsən Fatimə bu gün nə geyinəcək. "Koroleva" idim. Qardaşımdan çox əziyyət çəkmişəm. Mənasız yerə döyülürdüm".
Anasının müflüs olduqdan sonra ayağa qaldırdığını deyən Fatimə deyib ki, valideyni övladları arasında hər zaman ayrı-seçkilik salıb:
"Atam mənimlə nəfəs alırdı. O məni çox istəyirdi. Amma anam qardaşımı daha çox istəyir. Mən anam üçün çox şeylər etmişəm. Amma yenə deyirlər ki, sən onun üçün nə etmisən ki... 19 yaşıma kimi anama məni böyütdü. Anam məni rəqsə apardı. O mənim həkim olmağımı istəyirdi. Amma alınmadı mən universiteti yarıda qoydum. 4-cü kursdan çıxdım. Həyat məni o qədər "çırpdı"ki... Amma qapıları aça-aça. Heç bilməzdim ki, mən məşhur və sevilən bir sima olacağam. Anam müflis oldu və onu o vəziyyətdən mən çıxartdım. Heç kim yox, mən. O mənim qızım Aydana baxıb. Amma buna baxmayaraq çox şeylər etmişəm. Amma bu günləri mən heçnə etməmişəm (ağlayır).