İki yük maşını toqquşdu, ölən var
    • Bu gün, 15:50
    • 460

İki yük maşını toqquşdu, ölən var

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, hadisə oktyabrın 15-də saat 16 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunda baş verib. İkram Əliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə T.Muxtarzadənin idarə etdiyi "SCANIA" markalı yük avtomobili toqquşub.

Nəricədə "KamAZ"ın sürücüsü aldığı xəsarətlərdən ölüb, "SCANIA"nın sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.