Biləsuvarda dəhşətli qəza: Traktorla yük avtomobili toqquşdu
    • 25-03-2021, 18:25
    • 442

Biləsuvarda dəhşətli qəza: Traktorla yük avtomobili toqquşdu

Biləsuvar rayonunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi "Mercedes Ateko" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.