Məşhur şirkət bu qədər işçini ixtisar edəcək
    • Dünən, 23:33
    • 284

Məşhur şirkət bu qədər işçini ixtisar edəcək

Təyyarə istehsalçısı Airbus müdafiə və kosmik bölməsində təxminən 2500 işçini ixtisar etməyi planlaşdırır.

News24.az "Haber Global"a istinadən xəbər verir ki, Airbus 2026-cı ilin ortalarına qədər şirkətin müdafiə və kosmik bölməsinin 7 faizini ixtisar edəcək.

Airbus mövzu ilə bağlı sualları cavablandırmayıb.

Şirkət gözlənilməz itkiləri elan edərkən, OneSat da daxil olmaqla kosmik sahədə və müdafiə sektorunda yüksək xərclər və gecikmələrlə üzləşib.

İlk dəfə Fransız xəbər agentliyi AFP tərəfindən bildirilən ixtisarlar, ATOM kod adlı uzunmüddətli məhsuldarlıq araşdırmasının tamamlanmasından sonra baş verib.

Məryəm İlhamqızı