-
- 16-10-2024, 23:57
- 433
Dənizdə köməksiz vəziyyətdə qalan şəxs 2 ay sonra xilas edildi
Rusiya hakimiyyəti ölkənin şərqindəki Oxot dənizində mühərriki olmayan kiçik qayıqda iki aydan çox sağ qalan bir şəxsin xilas edildiyini açıqlayıb.
News24.az Rusiya mətbuatına istinadla xəbər verir ki, avqustun əvvəlində qardaşı və qardaşı oğlu ilə Oxot dənizində balinaları izləmək üçün səyahətə çıxan şəxsin 46 yaşlı Mixail Piçuqin olduğunu bildirib.
Piçuqini xilas edən zaman digər ailə üzvlərinin də cəsədləri qayıqda olub.
Mediada yer alan xəbərlərdə onların avqustun əvvəlində Rusiya ilə Yaponiyanı ayıran Oxot dənizinin şimal-qərb sahilindəki Şantar adalarına getdikləri deyilib.
Xəbərdə Piçuqinin tapıldığı zaman cəmi 50 kiloqram olduğu və bədən çəkisinin yarısını itirdiyi bildirilib.
Onun Şərqi Asiyanın ən soyuq dənizi olan və fırtınaları ilə tanınan Oxot dənizində necə sağ qala bildiyi, qardaşı və qardaşı oğlunun necə öldüyü ilə bağlı heç bir açıqlama verilməyib.
Məryəm İlhamqızı