-
- 16-10-2024, 22:54
- 1 771
Xalq artistinə xərçəng diaqnozu qoyuldu - FOTO
Rusiyada xalq artisti Vasili Livanova xərçəng diaqnozu qoyulub.
Bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, sovet serialı “Şerlok Holms və doktor Uotsonun sərgüzəştləri” filmlərində detektiv Şerlok Holms rolu ilə tanınan aktyorda hərtərəfli MRT müayinəsi zamanı bədxassəli yenitörəmə aşkar edilib.
Qeyd olunur ki, çanaq nahiyəsində bir şişin çıxarılması aktyorun yaşına görə təhlükəlidir, lakin hazırda inkişaf etmir və Livanovun həyatına təhlükə törətmir, onun ildə bir dəfə onkoloq tərəfindən müayinə olunması kifayətdir. (Publika.az)