Məşhur aktyora XƏRÇƏNG DİAQNOZU QOYULDU
    • 20-10-2020, 09:52
    • 570

Məşhur aktyora XƏRÇƏNG DİAQNOZU QOYULDU

Amerikalı aktyor Ceff Brices ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

News24.az xəbər verir ki, o bu barədə "Twitter" hesabında paylaşım edib. 70 yaşlı aktyorun sözlərinə görə, ona lenfoma diaqnozu qoyulub:"Ciddi xəstəlik olmasına baxmayaraq, inanılmaz həkimlər qrupuna sahib olduğum üçün xoşbəxtəm, onların proqnozları müsbətdir". Aktyor çərşənbə axşamı müalicəyə başlayacağını vurğulayıb.

Qeyd edək ki, Ceff Brices 200-dən çox filmdə rol alıb. O, 2010-cu ildə "Oskar" və Qızıl Qlobus mükafatlarına layiq görüldüyü "Crazy Heart" filmi ilə tanınır.